...

Azad edilmiş ərazilərdə fəaliyyətlə bağlı 1152 sahibkar müraciət edib

İqtisadiyyat Materials 4 İyun 2022 12:53 (UTC +04:00)
Azad edilmiş ərazilərdə fəaliyyətlə bağlı 1152 sahibkar müraciət edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müraciətlərinin sayı açıqlanıb.

Trend -in xəbərinə görə, bu, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclasında bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarlardan bu günə qədər İqtisadiyyat Nazirliyi yanında Kicik və Orta Biznesin İnkişafı Agentliyinə 1152 müraciət daxil olub. Müraciətlərin 747-si yerli, 405-i xarici şirkətlərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti