...

Azərbaycanda minik avtomobili istehsalı artıb

İqtisadiyyat Materials 20 İyul 2022 20:29 (UTC +04:00)
Azərbaycanda minik avtomobili istehsalı artıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1057 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 ədəd çox minik avtomobili istehsal olunub.

Trend-in məlumatına görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-iyun aylarında 260,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı isə 48,7 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12,5 faiz
azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti