Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə görüşüb.
Trend-in məlumatına görə, bu barədə nazir "Twitter" səhifəsində bildirib.
"Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə qurum çərçivəsində əməkdaşlığın inkişafı, Türk İnvestisiya Fondunun və ticarət evlərinin yaradılması, üzv dövlətlər arasında rəqəmsal ticarət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri barədə fikir mübadiləsi apardıq", - M.Cabbarov paylaşımında qeyd edib.