...

Bakıda “Lamborghini”nin yeni mərkəzi açıldı (FOTO)

İqtisadiyyat Materials 29 Sentyabr 2022 16:37 (UTC +04:00)
Bakıda “Lamborghini”nin yeni mərkəzi açıldı (FOTO)

Bakı. Trend:

28 sentyabr 2022-ci ildə “Lamborghini” rəsmi olaraq Bakıda öz yeni şou-rumunun açılışını edib.

Yeni nəsil dəbdəbəli avtomobillər üçün yenilənmiş diler mərkəzi “Lamborghini”nin qlobal brend üslubunu mükəmməl şəkildə vurğulayır. Bu isə markanın Bakıda fəaliyyətinin uzunömürlülüyünü bildirir.

Trend-in məlumatına görə, təntənəli tədbirdə EMEA regionunun rəhbəri Françesko Kreşçi və Mərkəzi, Qərbi Avropa və MDB-nin rəhbəri Feliks Rongen iştirak ediblər. Lamborghininin yeni şou-rumunda istifadəyə verilmiş “Lamborghini Huracán Tecnica” modeli də tədbir iştirakçılarına təqdim olunmuşdur.

Françesko Kresçi Lamborghini brendinin tarixi və fəaliyyəti barədə qonaqlara məlumat verdi. Lamborghini şirkəti 1963-cü ildə Ferruço Lamborgini tərəfindən əsası qoyulub. Bu bahalı idman avtomobillərin istehsalı İtaliyanın Balonya şəhərinə yaxın yerləşən Sant-Aqata-Balonyeze kommunasında yerləşir.

Həm keyfiyyətinə görə, həm də görüşünə görə bu gözəl avtobobili əldə etmək bir çoxların arzusudur. Maraqlı odur ki, məhşur italyan brendinin emblemi qara qalxan üzərində qızıl rəngdə buğa ilə təsvir olunub. Bəs niyə məhz buğa? Ferruço Lamborgini buğa bürcü altında doğulduğuna görə inanırdı ki, buğa bürcü ona uğur gətirəcək, eyni zamanda da, istehsal etdiyi idman avtomobillərinin gücünü də əks etdirəcək. Bundan başqa şirkətin təsisçisi korridanı çox sevirdi. Bu səbəbdən Lamborghini modellərinin adları korrida və buğa cins növləri ilə bağlıdır.

«Bakı, İtaliya idman avtomobillərinə uyğun olan böyük bir şəhər kimi, Lamborghini üçün ən güclü şəhərlərdən biri olaraq qalır», - deyə Kresçi bildirib. "Yeni açılacaq Lamborghini şou-rumu yeni marka üslubu ilə sadiq müştərilərimiz üçün xidmət keyfiyyətini daha da artırmağa və burada, Münhen və digər yerlərdə yeni müştərilərimizi salamlayacaq. Bununla yanaşı, yeni şou-rum şirkətimizi 2023-cü ildə başlayan elektrikləşdirilmiş avtomobillərin yeni dövründə müşayiət edəcəkdir".

«Biz Lamborghini Baku şou-rumunun rəsmi olaraq açılışından çox məmnunuq və əminik ki, bir uğur hekayəsinə başlayırıq», - deyə Feliks Rongen qeyd edib.

225 kvadratmetr ərazisi olan yeni şou-rum Zərifə Əliyevin 31, Bakı (Azərbaycan) ünvanında yerləşir və yeni brend rahat və məxfi atmosferə önəm verərək, layihələndirilmişdir.

Fərdiləşdirmə proqramı çərçivəsində potensial müştərilər məhsulların çeşidləri ilə tanış ola bilər və ya "Ad Personam" adlanan ehtiyatlandırılmış zonada öz fərdi konfiqurasiyalarını yarada bilərlər: fərdiləşdirmə proqramı çərçivəsində sahibləri demək olar ki, limitsiz boya çeşidləri, həmçinin dəri, xüsusi tikişlər, karbon lif elementləri və yeni avtomobilləri üçün bir çox başqa özəl seçimlər gözləyir.

Brendin ən yeni texnologiyaları ilə təchiz olunmuş şou-rumu nəqliyyat vasitələrinin həvəskarlarına eksklüziv dairəvi təcrübə təklif edir, təlim almış Lamborghini mütəxəssisləri müştərilərə yeni və artıq hazır Lamborghini modellərini təklif edərək, seçimlərində dəstək olurlar.

Qonaqlar və VIP-lər Lamborghini Baku-nun ənənəvi qonaqpərvərliyinin unikallığını bildirən xoş atmosferdə qarşılanmışdır. Rəsmi açılış mərasimindən sonra tədbir KHAMSA restoranında təşkil olunmuş möhtəşəm qala yeməyi ilə davam etmişdir. Qurmanların dadlı təcrübəsi tanınmış və sevilən ifaçıların çıxışları ilə müşayiət olunub.

Lamborghini avtomobilləri hal-hazırda Bakıda Azərbaycan üçün eksklüziv əsasda təqdim olunur. Hazırda Lamborghininin EMEA regionunda 74 və dünyada 174 diler mərkəzi vardır.

Foto və video: media.lamborghini.com

Lamborghini avtomobilləri haqqında məlumat: www.lamborghini.com

Xəbər lenti

Xəbər lenti