...

Dövlət Neft Fondunun investisiyalar portfeli üzrə bölgüsü açıqlanıb

İqtisadiyyat Materials 26 Oktyabr 2022 17:50 (UTC +04:00)
Dövlət Neft Fondunun investisiyalar portfeli üzrə bölgüsü açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin üçüncü rübünün sonunadək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiyalar portfelində valyutalar üzrə bölgüsündə 70,8 faizi dollar, 19 faizi avro, 4,7 faizi funt sterlinq, 5,5 faizi isə digər valyutalar (Avstraliya dolları, lirə, rubl, yuan, yen və s.) təşkil edib.

Bu barədə çərşənbə günü Trend-ə ARDNF-dən bildiriblər.

Məlumata əsasən, Fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 62,9 faizi istiqrazlar və pul bazarı alətləri, 18,7 faizi səhmlər, 6,3 faizi daşınmaz əmlak, 12 faizi qızıla investisiyalar təşkil edib.

"İnvestisiya portfelinin 29,2 faizini Avropaya, 20,2 faizini Asiya-Sakit okean regionuna, 30,7 faizini Şimali Amerikaya, 0,8 faizini Avstraliya/Yeni Zelandiyaya, 0,4 faizini Yaxın Şərq regionuna, 6,6 faizini beynəlxalq maliyyə təşkilatlarına investisiyalar təşkil edir", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti