Bakı. Trend:
Sənubər Nəzərova “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin yeni rəhbəri təyin edilib.
Trend-in məlumatına görə, S.Nəzərova buna qədər Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini Natəvan Bayramova tutub.