...

BVF tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələri müzakirə olunub

İqtisadiyyat Materials 5 Dekabr 2022 20:17 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 5-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Qazaxıstan Respublikasında yerləşən Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Bacarıqların İnkişafı Mərkəzinin (CCAMTAC) direktoru Norbert Funke ilə görüşüb.

Maliyyə Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Mərkəz tərəfindən Azərbaycanda həyata keçirilən texniki yardım layihələrinin, o cümlədən fiskal risklərin idarə olunması, makrofiskal proqnozlaşdırma və modelləşdirmə, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə texniki yardım layihələrinin icra vəziyyəti diqqət mərkəzində olub.

Tərəflər həmçinin, BVF ilə mövcud əlaqələrinin hazırki vəziyyəti və perspektivləri, habelə gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti