...

Azərbaycanda yeni innovasiya modelinə keçid təklif olunur

İqtisadiyyat Materials 13 Dekabr 2022 12:30 (UTC +04:00)
Azərbaycanda yeni innovasiya modelinə keçid təklif olunur
Aygün Məhərrəmova
Aygün Məhərrəmova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda innovasiya sahəsində “intensiv irəliləyiş” modelinə keçmək lazımdır.

Trend xəbər verir ki, bunu bu gün Bakıda keçirilən İnnovasiya Sammiti zamanı "Azərbaycan İnvestisiya Holdinqi"nin baş direktoru Ruslan Əlixanov deyib.

"Bu il Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 110 milyard manatı (təxminən 64,7 milyard dollar) ötəcək. Biz kifayət qədər sürətlə irəliləyirik. Bu gün Azərbaycanda ÜDM-nin artımı 5,2 faizdir, yoxsulluğun səviyyəsi isə faktiki olaraq 5 faizdən aşağıdır", - deyə o bildirib.

Əlixanovun sözlərinə görə, Azərbaycan İnvestisiya Holdinqi tədqiqat və inkişafa xüsusi diqqət yetirir. Belə ki, məsələn, dövlət müəssisələrinin işinin bütün əsas parametrlərinə aylıq və həftəlik nəzarət edən Vahid İnformasiya Sistemi yaradılıb.

O vurğulayıb ki, bu gün Azərbaycan İnvestisiya Holdinqinə daxil olan şirkətlərin maliyyə nəticələri müsbətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti