Bakı. Trend:
2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əməkhaqqı neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat olub.
2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.