...

Ötən il Azərbaycan xaricə 450 milyon dollarlıq meyvə ixrac edib

İqtisadiyyat Materials 17 Yanvar 2023 15:28 (UTC +04:00)
Ötən il Azərbaycan xaricə 450 milyon dollarlıq meyvə ixrac edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycandan xarici ölkələrə təxminən 450 milyon dollar dəyərində meyvə ixrac olunub.

Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu, 2021-ci ilin müvafiq göstəricisindən 9,4% çoxdur. İxrac olunan məhsulun həcmində də artım var.

Ötən il ölkədən ümumilikdə 396 min tona yaxın meyvə ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisinə nisbətən 5,6% çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan $630 milyon 367,81 min məbləğində 641 min 603,91 ton meyvə-tərəvəz ixrac edib.

2021-ci ildə ixracın ümumi həcmində meyvə-tərəvəz məhsullarının payı 2,84%, qeyri-neft ixracının strukturunda 23,23% təşkil edib.

2021-ci ildə $160 milyon 228,84 min məbləğində (azalma 20,4%) 145,216 min ton pomidor (azalma 22,6%) ixrac edilib.

Hesabat dövründə $111 milyon 787,57 min dəyərində (azalma 3,9%) 19 min 459 ton meşə fındığı (artım 3%), $125 milyon 895,03 min dəyərində (artım 37,5%) 174 min 158,19 ton xurma (artım 38,5%) ixrac edilib.

İxracın qalan həcmi digər meyvə və tərəvəz məhsullarının payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti