...

Azərbaycana gələn turistlərin sayı 2 dəfədən çox artıb

İqtisadiyyat Materials 18 Yanvar 2023 17:24 (UTC +04:00)
Azərbaycana gələn turistlərin sayı 2 dəfədən çox artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycana dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilir ki, gələnlərin 27,9 %-i Rusiya Federasiyası, 19,5 %-i Türkiyə, 10,6 %-i İran, 6 %-i Səudiyyə Ərəbistanı, 5,1 %-i Gürcüstan, 3,8 %-i Hindistan, 3,2 %-i Pakistan, 2,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,9 %-i Qazaxıstan, 1,7 %-i Ukrayna, 1,6 %-i Özbəkistan, 1,5 %-i İsrail, 1,4 %-i Küveyt, hər birindən 1,2 % olmaqla Oman və Belarus, 10,8 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,8 %-ni kişilər, 25,2 %-ni qadınlar təşkil edib.

2021-ci illə müqayisədə Omandan gələnlərin sayı 20,4 dəfə, Pakistandan - 17,5 dəfə, Səudiyyə Ərəbistanından - 10,9 dəfə, Hindistandan - 10,6 dəfə, Küveytdən - 9,9 dəfə, Özbəkistandan - 6,2 dəfə, Qazaxıstandan - 4,4 dəfə, İsraildən - 3,6 dəfə, ABŞ-dan - 2,8 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 2,4 dəfə, Almaniyadan - 2,4 dəfə, Fransadan - 2,1 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,7 dəfə, Ukraynadan - 1,6 dəfə, Türkiyədən - 1,6 dəfə, İrandan - 36 %, Gürcüstandan - 31,2 % artıb.

2021-ci illə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,3 dəfə artaraq 357,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,1 dəfə artaraq 73,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 569,8 min nəfər olub.

2021-ci illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 12,9 % artıb. Ölkə vətəndaşlarının 44 %-i Türkiyəyə, 18 %-i Rusiya Federasiyasına, 13,6 %-i İrana, 8,6 %-i Gürcüstana, 15,8 %-i digər ölkələrə səfər edib. Gedənlərin 64,2 %-ni kişilər, 35,8 %-ni qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti