Bakı. Trend:
AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli
aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut
şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Trend-ə
bildirilib ki, uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə
həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə
və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri
həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.