Bakı. Trend:
Azərbaycan ikitərəfli münasibətlərin gələcək inkişafı üçün İsrailin biznes dairəsinin nümayəndələri ilə görüşlərə açıqdır.
Trend-in məlumatına görə bu barədə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Kənd Təsərrüfatı və Təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.
Onun sözlərinə görə, ölkədə xarici şirkətlərin və investisiyaların cəlb edilməsi üçün yeni mexanizmlər var və hazırlanmaqdadır.
"Biz investorların hüquqlarını və onların investisiyalarının hüquqi müdafiəsini tam təmin edirik. Biz istər İsrail şirkətlərini, istərsə də dünyanın digər ölkələrinin şirkətlərini erməni işğalından azad edilmiş ərazilərin bərpa prosesində iştirak etməyə çağırırıq", - o əlavə edib.