...

Moldovanın aviaşirkəti Kişinyovla Bakı arasında birbaşa uçuşlara başlayıb

İqtisadiyyat Materials 29 Mart 2023 14:08 (UTC +04:00)
Moldovanın aviaşirkəti Kişinyovla Bakı arasında birbaşa uçuşlara başlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Air Moldova" aviaşirkəti Kişinyovla Bakı arasında birbaşa reysləri işə salıb.

Trend bu barədə bu gün Air Moldovanın "Facebook" paylaşımına istinadən xəbər verir.

"Kişinyov-Bakı reysləri çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla həftədə üç dəfə həyata keçiriləcək", - paylaşımda deyilir.

Qeyd edək ki, Kişinyovdan uçuş yerli vaxtla saat 20:40-da, Bakıya eniş isə yerli vaxtla saat 01:00-da həyata keçiriləcək. Bakıdan uçuş isə çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 02:00-da olmaqla həyata keçiriləcək və Kişinyova eniş saat 04:40-da olacaq.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanın əsas hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu 310 mindən çox sərnişinə xidmət göstərməklə rekord əldə edib. Bu göstərici bütün öncəki illərin, o cümlədən pandemiyadan öncəki dövrün fevral ayları üzrə göstəriciləri ötüb keçib.

Belə ki, 2023-cü ilin fevral ayında bu göstərici 312 883 nəfər olubsa, 2019-cu ilin analoji dövründə 243 165 nəfər olub. 2020, 2021 və 2022-ci illərin fevral aylarında Bakı aeroportunda sərnişin axını müvafiq olaraq 270 min, 67 min və 206 mindən artıq olub.

Ötən ay ölkənin bütün beynəlxalq aeroportlarında sərnişin axını 367 min nəfər olub, 2023-cü ilin əvvəlindən isə bu göstərici təqribən 790 min nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti