...

Martda Türkiyə Azərbaycana təxminən 25 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib

İqtisadiyyat Materials 11 Aprel 2023 10:07 (UTC +04:00)
Martda Türkiyə Azərbaycana təxminən 25 milyon dollarlıq elektrik avadanlıqları ixrac edib

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana elektrik avadanlıqları məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 53,4 faiz artaraq 76,7 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Mart ayında Türkiyə Azərbaycana elektrik avadanlıqları məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 59,1 faiz artaraq 24,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,2 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 15,6 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti