...

Azərbaycanda bu il istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 17 Aprel 2023 20:43 (UTC +04:00)
Azərbaycanda bu il istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-сü ilin yanvar-mart aylarında Azərbaycanda 925 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 486 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veirlib.

Qeyd olunan müddət ərzində maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-mart aylarında 124,0 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 25,4 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 0,4 faiz azalıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı isə 82,4 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti