...

Yanvar-mart aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb

İqtisadiyyat Materials 26 Aprel 2023 12:49 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə ixracı artıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artıraraq 16,1 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Mart ayında Türkiyə Qırğızıstana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 75,8 faiz artıraraq 6,97 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 7,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 33,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti