...

Yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı azalıb

İqtisadiyyat Materials 5 May 2023 10:32 (UTC +04:00)
Yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı azalıb

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq 9,8 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 2,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 27,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 32,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti