...

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 15 İyul 2023 09:50 (UTC +04:00)
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-сü ilin yanvar-iyun aylarında Azərbaycanda 1744 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 687 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-may aylarında 342,3 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 34,9 faiz, maşın və avadanlıqların istehsalı 10,9 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 18,8 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 40,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti