...

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanıldı

İqtisadiyyat Materials 5 Sentyabr 2023 09:38 (UTC +04:00)

Bakı. Trend:.

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində xidmətlərin göstərilməsinə başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasinin Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.21-ci bəndinə uyğun olaraq, 2023-cü ilin 4 sentyabr tarixindən Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində müvafiq xidmətlərin göstərilməsinə başlanılıb.

Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə sənədlərin qəbulu və hazır icazələrin verilməsi 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri nazirliyin əməkdaşları tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti