Bakı. Trend:
Bakı. Trend:
2023-cü ilin birinci yarısında Azərbaycana birbaşa xarici investisiyalar (BXİ) 2,979 milyard dollar olub.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media-brifinqdə deyib.
2022-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 3,22 milyard dollar olub. Beləliklə, 2023-cü ilin birinci yarısında BXİ 7,5 faiz azalıb.
"Qeyri-neft sektoruna cəlb edilən BXİ-nin ümumi məbləği 717 milyon dollar olub (il ərzində 34,6 faiz azalma). Azərbaycan iqtisadiyyatına BXİ-nin həcminə görə lider ölkələr beşliyinə aşağıdakılar daxildir: Böyük Britaniya - 896,447 milyon dollar (6,3 faiz artım), Türkiyə - 575,685 milyon dollar (19,7 faiz artım), Kipr - 384,565 milyon dollar (16 faiz azalma), Rusiya Federasiyası - 245,867 milyon dollar (12,4 faiz)", - o deyib.
Azərbaycana birbaşa investisiyaların həcminə görə lider ölkələr onluğuna həmçinin aşağıdakılar daxildir: Yaponiya - 128,458 milyon dollar, Niderland - 98,996 milyon dollar, Macarıstan - 95,348 milyon dollar, ABŞ - 79,778 milyon dollar və Norveç - 73,581 milyon dollar.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycana birbaşa xarici investisiyalar 6,275 milyard dollar olub (il ərzində 30,9 faiz artım).
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın ödəniş balansının ümumi qalığı 9,375 milyard manat olub ki, bu da inişilin analoji göstəricisindən 3,1 dəfə çoxdur.
2022-ci ildə cari əməliyyatların profisit hesabı 2021-ci illə müqayisədə 2,83 dəfə artaraq 8,3 milyard dollardan 23,5 milyard dollara (Azərbaycanın ümümdaxili məhsulunun (ÜDM) 29,8 faizi) çatıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)