...

Yerli şirkətlər xarici ölkə səfirliklərindən viza alınması zamanı əngəllərlə üzləşir

İqtisadiyyat Materials 12 Sentyabr 2023 11:00 (UTC +04:00)
Yerli şirkətlər xarici ölkə səfirliklərindən viza alınması zamanı əngəllərlə üzləşir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yerli şirkətlər xarici ölkə səfirliklərindən viza alınması zamanı süni əngəllərlə üzləşir.

Trend xəbər verir ki, bu sözləri ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın bir illik hesabat tədbirində çıxış edərkən qeyd edib.

G.Qəhrəmanov bildirib ki, bəzi istiqamətlərə aviabiletlərin baha olması da sənayeni narahat edən və həllini tapmayan problemlərdəndir.

"Hazırda Assosiasiyanın ölkənin turizm sənayesinin inkişafında əhəmiyyətli rol oynayan 130-dan çox üzvünün olduğunu qeyd edən Göydəniz Qəhrəmanov ictimai qurumun ölkə turizminin bərpası və inkişafı, eləcə də ölkəyə turist axınının artırılması və xarici ölkələrdə təşviqi istiamətində aktiv fəaliyyət göstərdiyini bildirib", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti