...

Gələn il dövlət büdcəsinin kəsiri 2,6 mlrd. manat proqnozlaşdırılıb

İqtisadiyyat Materials 21 Sentyabr 2023 14:02 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat proqnozlaşdırılıb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun da 1 milyard 854,4 milyon manatının (71,6 faiz) borclanma, 448,0 milyon manatının (17,3 faiz) 2024-cü ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı, 105,0 milyon manatının (4,1 faiz) özəlləşmədən daxilolmalar və 182,6 milyon manatının (7,1 faiz) "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin qalığı (həmin Fondun kəsirinin bağlanması daxilində) hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti