...

Azərbaycan neft-qaz sahəsində dünyada lider rolu oynayıb

İqtisadiyyat Materials 2 Oktyabr 2023 16:12 (UTC +04:00)
Azərbaycan neft-qaz sahəsində dünyada lider rolu oynayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın energetika sahəsində qəbul edəcəyi yeni qanun layihəsi bu sahənin liberallaşmasına və yeni enerji sistemlərinin formalaşmasına öz töhfəsini verəcək.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında “Energetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycan neft-qaz sahəsində dünyada lider rolu oynayıb və bu gün zamanın tələblərinə uyğun olaraq yeni energetika sisteminə qədəm qoyuruq.

“Digər tərəfdən, artıq keçid dövründəyik. Çalışmalıyıq ki, alternativ enerji mənbələrindən istifadədə yeni texnologiyaları tətbiq edərək inkişaf edək.

Eyni zamanda Azərbaycan Böyük Qayıdış layihəsini həyata keçirir. Ölkə başçımız Qarabağı məhz ekoloji baxımdan yaşıl mühitə çevirir. Biz yeni texnologiyaları Qarabağa cəlb edərək oranı cənnətə çevirməliyik”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti