Bakı. Trend:
2023-сü ilin yanvar-sentyabr aylarında 2110 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 600 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-sentyabr aylarında 496,4 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31,2 faiz, maşın və avadanlıqların istehsalı 21,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 21,1 faiz azalıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 10,6 faiz artıb.