...

Maldarlığa maraq niyə azalıb? (VİDEOMÜSAHİBƏ)

İqtisadiyyat Materials 30 Oktyabr 2023 13:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113 min baş, xırdabuynuzlu heyvanlarınkı isə 8.9% və ya 705 min baş azalıb.

Hazırkı rəqəmlər son 10 ilin ən aşağı həddidir.

Bəs maldarlığa marağın azalmasının səbəbləri nələrdir?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli bildirib ki, xırdabuynuzlu və iribuynuzlu heyvanlarla bağlı problemlərə ayrı-ayrılıqda yanaşmaq lazımdır.

"Xıradabuynuzlu heyvanlarla bağlı çox ciddi problemlər var. Belə ki, bizim qışlaq ərazilərdə ot örtüyü tamamilə məhv olub. Burada dövlət tərəfindən ot örtüyünün yenilənməsinə dəstək vacib məsələdir. Digər vacib məsələ isə həmin ərazilərdə infrastrukturun tamamilə bərbad vəziyyətdə olmasıdır. Əvvəllər həmin ərazilərə gələn su xətləri, işıq xətləri olub. Hazırda bunlar qışlaq ərazilərdə ciddi problemdir. Bu da heyvandarlığa mənfi təsir edir. İqlim dəyişkənliyi heyvandarlığa problemlər yaradır. Müsbət tərəf ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda olan otlaq sahələri bu sahə üçün müsbət dəyişiklik ola bilər"

"İribuynuzlu heyvanlara gəldikdə, bu sahədə uğurdan danışmaq çətindir", - deyə qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti