...

Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edir

İqtisadiyyat Materials 20 Noyabr 2023 17:20 (UTC +04:00)
Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1552,3 milyon sərnişinə xidmət göstəriblər.

Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə, digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1366,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım qeydə alınmışdır.

Sərnişinlərin 94,6 faizi avtobus, 5,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5,0 faiz, sərnişin dövriyyəsi isə 18,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti