Bakı. Trend:
Yelo Bank gənclərin karyera hazırlığını dəstəkləməyə davam edir.
Bir neçə ay öncə seçim turu başlamış “Yelaw Boot Camp” proqramının
iştirakçıları artıq bəlli oldu. Proqramın əsas məqsədi bank
fəaliyyətinin hüquqi tənzimlənməsi üzrə kadr hazırlığını həyata
keçirməkdir.
Proqramın açılış tədbirində bütün iştirakçılar Yelo Bank-ın baş
ofisi ilə tanış oldular. Daha sonra Bankın əməkdaşları Yelo
dəyərləri, brend kimliyi, məhsul və xidmətləri haqqında ətraflı
məlumat verdilər. İştirakçıların bir-birini yaxından tanıması
məqsədilə ilk komanda quruculuğu oyunu təşkil edildi. Beş həftəlik
proqram boyunca iştirakçılara korporativ hüquq üzrə təkcə nəzəri
deyil, həm də praktiki biliklər real iş mühitində aşılanacaq.
Proqramı uğurla başa vuracaq iştirakçıları Yelo Bank-da karyera
fürsəti gözləyir. Bu təşəbbüs təcrübəsiz, lakin perspektivli
istedadların yetişdirilməsinə üstünlük verən və onların peşəkar
inkişafını dəstəkləyən Yelo Bank-ın Korporativ Sosial Məsuliyyət
strategiyası ilə mükəmməl uyğunlaşır.
Bankın bu və digər karyera fürsətləri barədə ətraflı məlumatı
yelo.az saytında, həmçinin Yelo Bank-ın rəsmi sosial media
hesablarından əldə edə bilərsiniz.
Online
pul krediti ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng
edin və ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!