...

VTB-nin dəstəyi ilə Bakıda Caz Festivalı keçirilib (FOTO)

İqtisadiyyat Materials 7 May 2024 11:11 (UTC +04:00)
VTB-nin dəstəyi ilə Bakıda Caz Festivalı keçirilib (FOTO)

Bakı. Trend:

VTB (Azərbaycan) Bakıda keçirilən Beynəlxalq Caz Gününün tərəfdaşı olub. Tədbir ShowTime Booking Agency və 33 Event-in təşkilatçılığı ilə Heydər Əliyev sarayında keçirilib. Konsertdə Azərbaycanın Caz ulduzları iştirak ediblər.

“Beynəlxalq Caz Günü musiqisevərlər üçün dünya şöhrətli tədbirdir və insanları təkcə musiqinin şah əsərləri ilə deyil, həm də yeni müəlliflərlə tanış etmək imkanı verir. Bank VTB (Azərbaycan) artıq bir neçə ildir ki, həm ölkədə, həm də dünyada əsas musiqi hadisələrindən biri olan caz festivalının ölkəmizdə keçirilməsinə dəstək olub”, - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev qeyd edib.

Məlumat üçün:

UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub.

Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, https://vtb.az rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti