Bakı. Trend:
Visa Azərbaycanı strateji bazar hesab edir.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit-də Visa-nın Azərbaycan üzrə Regional meneceri, baş direktoru Nurlan Hacıyev deyib.
“Visa Azərbaycana mühüm rol ayırır və strateji bazar hesab edir. Uğurlu haldır ki, Azərbaycan artıq müəyyən tətbiq edilən texnologiyalarda məhz qabaqcıldır. Müəyyən layihələr məhz ilk Azərbaycanda tətbiq edilib”, - deyə o bildirib.
Onun sözlərinə görə, Visa rəqəmsal ödənişlər üzrə dünya lideridir.
“Visa sistemi ilə 160 fərqli valyutada 212 milyard əməliyyat həyata keçirilib. Visa, ümumiyyətlə, tamamilə yeni istiqamətlərə baş vurur, yeniliklər tətbiq edir”, - deyə o bildirib.
Qeyd edək ki, 15-16 may 2024-cü il tarixində Bakıda “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” adlı FİNTEX SAMMİT 2024 keçirilir.