Bakı. Trend:
2024-сü ilin yanvar-aprel aylarında Azərbaycanda 948 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 311 ədəd az minik avtomobili istehsal olunub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ümumilikdə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 219,4 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz artıb. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 20,5 faiz azalıb.