...

Bu şəxslərə daha yüksək pensiya növü təyin ediləcək

İqtisadiyyat Materials 22 May 2024 10:00 (UTC +04:00)
Bu şəxslərə daha yüksək pensiya növü təyin ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların bir neçə pensiya hüququ olduqda müraciət etmədən daha yüksək olan pensiya növü təyin ediləcək.

Trend xəbər verir ki, bu barədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsində qeyd olunub.

Eyni zamanda dəyişikliyə görə, müraciət əsasında növdəyişmə hüququ da saxlanılacaq ki, vətəndaş ona proaktiv qaydada aparılmış yeni növ pensiya təyinatını istəməzsə, onun müraciətinə əsasən əvvəlki pensiya növünə geri qaytarıla bilsin.

Qanunun 22-1.5-ci maddəsinə təklif olunan dəyişiklik və əlavə olunan yeni - 34.1-1-ci maddə əlavə maliyyə yükü və ya vətəndaşlar üçün əlavə hüquq yaratmır, onlar sadəcə müraciət etmək öhdəliyindən azad olunurlar.

Xəbər lenti

Xəbər lenti