...

Macarıstan Enerji və iqlim üzrə Milli Planın yeni versiyasını təqdim edəcək - Veronika Bagi

İqtisadiyyat Materials 22 May 2024 15:07 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Enerji və iqlim üzrə Milli Planın yeni versiyasını 2024-cü il 30 iyunadək təqdim edəcək.

Trend xəbər verir ki, bu barədə bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında Macarıstan nümayəndə heyətinin rəhbəri Veronika Bagi ADA Universitetində keçirilən "İqlim dəyişmələri ilə mübarizənin imkanları və çağırışları. Avropa və regional perspektivlər" mövzusunda semninarda deyib.

"Macarıstan hazırda özünün Enerji və iqlim üzrə Milli Planını gözdən keçirir və yeni versiyanı 30 iyun 2024-cü ilədək təqdim edəcək", - o deyib.

Onun sözlərinə görə, plana aşağıdakı məqsədlər daxildir:

- İstixana qazlarının ümumi emissiyasının 1990-cı illə müqayisədə 2030-cu ilədək ən azı 50 faiz azaldılması;

- Enerjinin ümumi yekun istehlakında bərpa olunan enerji mənbələrinin payının ən azı 29 faizə çatdırılması;

- Günəş enerjisi istehsalı üzrə imkanların 2030-cu ilədək hazırkı təqribən 500 meqavatt səviyyədən təqribən 12 000 meqavattadək genişləndirilməsi;

- Külək elektrik stansiyalarının imkanlarının 2030-cu ilədək 330 meqavattdan 1000 meqavatta qədər artırılması.

O, həmçinin Karpat hövzəsinin, xüsusən də Macarıstanın gözlənilən ekstremal temperatur nöqteyi-nəzərindən Avropanın ən həssas bölgələrindən biri olduğunu qeyd edib.

Onun sözlərinə görə, orta temperaturun 3-4°C dərəcəyədək yüksəlməsi və istilik dalğalarının əhəmiyyətli dərəcədə artmasına doğru tendensiya müşahidə olunur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti