...

PAŞA Holding Daşkənddə "The Ritz-Carlton Residences" layihəsinin icrasına başlayıb - Dinçer Filiz

İqtisadiyyat Materials 23 Avqust 2024 18:47 (UTC +04:00)
PAŞA Holding Daşkənddə "The Ritz-Carlton Residences" layihəsinin icrasına başlayıb - Dinçer Filiz
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Daşkənd. Trend:

Azerbaycanda fəaliyyət göstərən PAŞA Holding Daşkənddə "The Ritz-Carlton Residences" layihəsinin icrasına başlayıb.

Trend xəbər verir ki, bunu "PASHA Development"in Özbəkistandakı törəmə müəssisəsinin baş direktoru Dinçer Filiz Daşkənddə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihə beynəlxalq və Azərbaycan dizaynerlərinin komanda olaraq iştirakı ilə həyata keçiriləcək.

"Artıq PAŞA Holding-in bu layihəyə başladığını görürük. Tikinti Azərbaycanın təşkil etdiyi komanda tərəfindən icra olunacaq. Özbəkistanda yüksək səviyyəli lüks hotel və rezidens layihələrinin həyata keçirilməsi zəruridir. Çünki inkişaf bu yöndə irəliləyir və biz də PAŞA Holding olaraq bu inkişafda iştirak etmək istəyirik. Bu böyük bir layihədir və sərmayədir. Hazırda bu layihəyə planlaşdırılan sərmayə 200 milyon dollar civarındadır.

"The Ritz-Carlton Residences" layihəsi Özbəkistanda ən böyük layihələrdən biri olacaq və bunun icrasını Azerbaycanda fəaliyyət göstərən PAŞA Holding həyata keçirəcək. Biz də öz növbəmizdə bununla qürur duyuruq", - baş direktor əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti