Bakı. Trend:
Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, SOCAR Green və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalanıb.
Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov öz "X" sosial hesabında paylaşım edib.
"İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi və yaşıl enerji potensialının reallaşdırılması üçün mühüm təşəbbüslər həyata keçirilir. Bu gün Cəbrayılda 240 MVt-lıq "Şəfəq" Günəş Elektrik Stansiyasının tikilməsi məqsədilə bp, SOCAR Green və AİŞ arasında Birgə İştirak Müqaviləsi imzalandı. Layihə birbaşa xarici investisiyaların cəlb edilməsi ilə ölkəmizin "yaşıl" keçid hədəfinin dəstəklənməsinə, Cəbrayıl rayonunun iqtisadi inkişafı və günəşenerjisi potensialından istifadə etməklə bölgənin enerji təminatının gücləndirilməsinə, Xəzər dənizi və Səngəçal terminalında karbon emissiyalarının azaldılmasına töhfə verəcək",- deyə nazir əlavə edib.