...

Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 22 Oktyabr 2024 14:14 (UTC +04:00)
Naxçıvandan İrana verilən elektrik enerjisinin həcmi açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İl ərzində Naxçıvan Muxtar Respublikası və İran İslam Respublikası arasında sinxron rejimdə alınıb-verilən enerjinin saldo fərqi il sonunda sıfırlanır.

Bunu Trend-ə açıqlamasında Naxçıvan Dövlət Energetika Xidmətinin şöbə müdiri Miryunis Seyidov deyib.

Onun sözlərinə görə, 2024-cü ilin doqquz ayında enerji mübadiləsi çərçivəsində İran İslam Respublikasından (İİR) 26 milyon 820 min 000 kVt/s, elektrik enerjisi idxal edildiyi halda 27 milyon 909 min 000 kVt/s elektrik enerjisi İİR-ə ixrac edilib.

"Belə ki, İrana Culfa 132/110 kV-luq yarımstansiyasında və Araz Su elektrik stansiyasının yanında olan 132 yarımstansiya vasitə ilə elektrik enerjisinin alınıb - verilməsi həyata keçirilir", - deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə enerji mübadiləsi çərçivəsində İran İslam Respublikasından (İİR) 32 milyon 714 min kVt/s elektrik enerjisi idxal edildiyi halda 33 milyon 341 min kVt/s elektrik enerjisi İİR-ə ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti