...

İKT sektorunda orta aylıq əməkhaqqı 12%-ə yaxın artıb

İqtisadiyyat Materials 26 Oktyabr 2024 12:48 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında İKT sektorunda (informasiya və rabitə) əmək haqqı 1 688 manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 176,8 manat (11,7%) çoxdur.

Bu sahədə orta aylıq əmək haqqı dövlət sektoru üzrə 199,2 manat (15,5%) artaraq 1 483,6 manata, özəl sektorda 150,8 manat (8,9%) artaraq 1 836,8 manata yüksəlib.

Ümumilikdə isə, İKT sektoru ilə yanaşı, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti