Bakı. Trend:
23 oktyabr tarixində COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən
dayanıqlılığın təşviqi və bu istiqamətdə praktiki həllərin təbliği
üzrə fəaliyyətin bir hissəsi olaraq orta məktəb şagirdləri üçün
seminarlar təşkil olunub.
Trend xəbər verir ki, seminarlar çərçivəsində yeniyetmə və gənclər iqlim dəyişmələrindən qaynaqlanan problemlər və hər bir fərdin üzərinə düşən rol və öhdəliklər haqqında məlumatlandırılıblar.
Sessiyanın sonunda şagirdlərin iqlim fəaliyyəti mövzusunda davranışlarını inkişaf etdirmək məqsədilə interaktiv oyunlar keçirilib.