...

"Azərkosmos"un Nizamnamə fondu artırıldı

İqtisadiyyat Materials 6 Dekabr 2024 12:20 (UTC +04:00)
"Azərkosmos"un Nizamnamə fondu artırıldı
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikasının Kosmik Agentliyi" (Azərkosmos) publik hüquqi şəxsin Nizamnamə fondu artırılıb.

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, Agentliyin nizamnamə fondunun məbləği 398605880 (üç yüz doxsan səkkiz milyon altı yüz beş min səkkiz yüz səksən) manatdan 473605880 (dörd yüz yetmiş üç milyon altı yüz beş min səkkiz yüz səksən) manata qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti