Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 811,7 milyon manatlıq metallurgiya sənayesi məhsulları istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə ölkədə metallurgiya sənayesində istehsalından gəlirlər 163,6 milyon manat və ya 25,2% artıb.
Ötən ilin yanvar-oktyabr aylarında 648,1 milyon manatlıq metallurgiya sənayesi məhsulları istehsal edilmişdi.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində metallurgiya sənayesi üzrə mis məftilin istehsalı 5,2 dəfə, alüminium məmulatlarının istehsalı 55,3 faiz, armatur istehsalı 38,2 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 19,7 faiz artıb.