...

Azərbaycanda araq istehsalı artıb, pivə isə azalıb

İqtisadiyyat Materials 23 Dekabr 2024 16:52 (UTC +04:00)
Azərbaycanda araq istehsalı artıb, pivə isə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda araq istehsalı 1 497,8 min dekalitr təşkil edib.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 322,3 min dekalitr və ya 27,4% çoxdur.

Dekabrın 1-i vəziyətinə araq istehsalında ölkədə hazır məhsul ehtiyatı 157,5 min dekalitr təşkil edib. Cari ilin ilk 11 ayında Azərbaycanda pivə istehsalı isə 4 950,5 min dekalitr olub.

Məlumata görə, bu, bir il əvvələ nisbətən 21,7 min dekalitr və ya 0,4% azdır. Dekabrın 1-i vəziyyətinə pivə istehsalında Azərbaycanda hazır məhsul ehtiyatı 217,3 min dekalitr təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti