Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 829,8 min ton üzvi kimyəvi maddələr istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, bir il əvvələ nisbətən 6% və ya 53 min ton azdır.
Cari ilin dekabrın 1-nə ölkədə hazır məhsul istehsalı 16,5 min ton təşkil edib.
Bu ilin ilk 11 ayında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 30 530 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 33% və ya 7 580 ton üstələyir.
Dekabrın 1-nə hazır məhsul ehtiyatı 7 590 ton təşkil edib.