Bakı Trend:
Bu ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən verilmiş 14,7 milyard manatlıq cəmi biznes kreditlərinin 8,3 milyard manatı və ya 56,2%-i iri sahibkarlıq subyektərinə verilib.
Bu barədə Trend Mərkəzi Bankın açıqladığı statistik bülletenə əsasən hesablama aparıb.
Cəmi biznes kreditləri portfelinin 1,8 milyard manatı və ya 12,4%-i orta sahibkarlıq subyektlərinin payına düşüb.
Həmçinin biznes kreditləri portfelinin 1,5 milyard manatı və ya 10,4%-i kiçik sahibkarlıq subyektlərinin, 3,1 milyard manatı və ya 20,9%-i isə mikro sahibkarlıq subyektlərinin payına düşüb.