Bakı. Trend:
Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı (ÜDM) 1,5 milyard manat olub.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 3,1% çoxdur.
Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5% artaraq 3 277 manat olub.
Ötən il muxtar respublikada 467,2 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 8,2% azdır.
Eyni zamanda, ötən il muxtar respublikada əsas kapitala 270,6 milyon manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 62,3% artım deməkdir.
Dövr ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 230,6 milıyon manatı tikinti-quraşdırma işlərinə sərf edilib ki, bu da 2023-cü illə müqayisədə 68,1% çoxdur.