...

Azərbaycanda üzvi və qeyri-üzvi kimyəvi maddələrin istehsal həcmi açıqlanıb

İqtisadiyyat Materials 29 Yanvar 2025 17:17 (UTC +04:00)
Azərbaycanda üzvi və qeyri-üzvi kimyəvi maddələrin istehsal həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 887,2 min ton üzvi kimyəvi maddələr istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən 8,6% və ya 84 min ton azdır.

2025-ci ilin yanvarın 1-nə ölkədə hazır məhsul istehsalı 36,2 min ton təşkil edib.

Eyni zamanda 2024-cü il ərzində Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 32 360 ton təşkil edib ki, bu da 2023-cü ildəki göstəricini 21,3% və ya 5 680 ton üstələyir.

Bu ilin yanvarın 1-nə hazır məhsul ehtiyatı 7 750 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti