...

Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtlərində dəyişiklik edilib

İqtisadiyyat Materials 31 Yanvar 2025 13:53 (UTC +04:00)
Azərbaycanda beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılış şərtlərində dəyişiklik edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2023-cü il 18 oktyabr tarixli 49/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü Qaydası”nda dəyişikliklər edilib.

Trend xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov qərar imzalayıb.

Dəyişikliklərə əsasən, beynəlxalq təşkilatların qiymətli kağızlarının buraxılışında yalnız maksimum məbləğ əks olunacaq. Buna qədər isə qiymətli kağızların tədavül müddəti, nominal dəyəri, sayı və ümumi məbləğ də qeyd olunurdu.

Bununla yanaşı, beynəlxalq təşkilatın qiymətli kağızlarının geri satın alınma qiyməti və ya belə qiymət həmin qiymətli kağızın yerləşdirilməsi zamanı satış qiymətinə bərabər olmadıqda, onun müəyyən edilməsi qaydası müəyyənləşdirilib.

Buraxılış şərtlərində göstərilən say məhdudiyyəti aradan qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti