...

İnformasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi 80%-dən çox artıb

İqtisadiyyat Materials 3 Fevral 2025 11:18 (UTC +04:00)
İnformasiya və rabitə sektoruna verilən biznes kreditlərinin həcmi 80%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən informasiya və rabitə sektoruna verilmiş biznes kreditlərinin həcmi 635,9 milyon manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 287 milyon manat və ya 82,3% çoxdur. Belə ki, 2023-cü ilin sonunda Azərbaycandakı banklar tərəfindən informasiya və rabitə sektoruna verilmiş biznes kreditlərinin həcmi 348,9 milyon manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi əvvəlki illə müqayisədə 17,2% və ya 2 milyard 170 milyon manat artaraq 14 milyard 787 milyon manata çatıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12 milyard 616 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti