...

Ötən ay meyvə ixracından gəlirlər 44 milyon dolları ötüb

İqtisadiyyat Materials 7 Fevral 2025 09:56 (UTC +04:00)
Ötən ay meyvə ixracından gəlirlər 44 milyon dolları ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ilk ayında Azərbaycandan xarici bazarlara meyvə ixracında ciddi artım qeydə alınıb.

Trend bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, ötən ay xarici bazarlara 44,7 milyon dollar dəyərində 43 min 261 ton miqdarında müxtəlif meyvə məhsulları ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə meyvə ixracatının həcmi 23,5%, dəyəri isə 22,8% artıb.

“Ay əzində ölkəmizdən xaricə ən çox şişburun xurma, alma, armud, heyva, nar, sitrus meyvələri göndərilib. Ölkəmizdə intensiv bağların sahəsinin genişlənməsi, ötən illərdə salınmış intensiv bağların bara düşməsi məhsul istehsalının və ixracının artmasında böyük rol oynayır”, - deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti