...

AÇG-nin ötən il üzrə hasilat göstəriciləri açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 11:32 (UTC +04:00)
AÇG-nin ötən il üzrə hasilat göstəriciləri açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azəri-Çıraq-Günəşli (AÇG) yatağının ümumi hasilatı gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Bu göstərici əvvəlki illə müqayisədə gündəlik orta hesabla 21 barel və ya ümumilikdə təxminən 8 milyon barel, yəni 2 milyon ton azalıb. Belə ki, 2023-cü ildə AÇG-dən ümumi hasilat gündə orta hesabla 363 000 barel və ya ümumilikdə təxminən 133 milyon barel, yəni 18 milyon ton olub.

Ötən il gündəlik hasilatın həcmi Çıraq platformasından 23 min, Mərkəzi Azəri platformasından 97 min, Qərbi Azəri platformasından 75 min, Şərqi Azəri platformasından 51 min, Dərinsulu Günəşli platformasından 57 min, Qərbi Çıraq platformasından 29 min və ACE platformasından 10 min barel olub.

Ötən ilin dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.

Qeyd edək ki, 2024-cü ilin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və 7 qaz injektoru quyusu istismarda olub. Əvvəlki illə müqayisədə neft hasilatı quyularının sayı 11 ədəd, qaz injektoru quyularının sayı 1 ədəd artıb, su injektoru quyularının sayı bir ədəd azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti