Bakı. Trend:
İslam İnkişaf Bankı (IsDB) və Azərbaycan Mərkəzi Bankı (AMB) və arasında islam maliyyəsi və sukuk emissiyası sahəsində əməkdaşlığın genişləndirilmək məsələləri müzakirə olunub.
Trend-in məlumatına görə, bu badərə IsDB-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, AMB-nin sədri Taleh Kazımovla görüşən IsDB Qrupunun sədri Məhəmməd Əl Jasser IsDB-in islam maliyyəsi çərçivəsini gücləndirmək üçün potensialın artırılması və texniki yardım vasitəsilə Azərbaycana dəstək vermək öhdəliyini bir daha təsdiqləyib. O, həmçinin Azərbaycanın İsDB sukuka sərmayələrini təqdir edib və builki emissiyalarda davamlı iştirakı təşviq edib.
Qeyd edək ki, sukuk buraxılışı və ya sukuk emissiyası islam maliyyə bazarlarında dövlətlər və ya şirkətlər tərəfindən maliyyə vəsaiti toplamaq məqsədilə çıxarılan "İslam istiqrazları"nı (sukuk) ifadə edir. Bu, klassik istiqrazlardan fərqli olaraq, İslamın faiz yasağına uyğun olaraq həyata keçirilir.